7 C
Baku
Thursday, December 12, 2024

Ağdam Sənaye Parkına 161 milyon manatdan çox vəsait yatırılacaq

Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlər tərəfindən inşa edilmiş ilk müəssisənin bu il fəaliyyətə başlaması gözlənilir. Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində böyük sənaye istehsalı bərpa ediləcək. Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlərın çoxu artıq tikinti işlərinə başlayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Emil Hacıyev bildirib ki, ümumi ərazisi 190 hektar olacaq sənaye parkının qurulması iki mərhələdə nəzərdə tutulub. Artıq əsas işlər birinci mərhələdə tamamlanmaq üzrədir. Hazırda Ağdam Sənaye Parkında 17 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Burada istehsal olunmuş məhsullar azad edilmiş rayonların əksəriyyətində aparılacaq tikinti-quraşdırma işlərində istifadə ediləcək, eyni zamanda, digər rayonlara göndəriləcək, həm də xaricə ixrac olunacaq. Ağdam Sənaye Parkının prioritet sahələri tikinti materiallarının istehsalı, qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, gübrə istehsalıdır. Bir sıra layihələr dəyərləndirmə mərhələsindədir, qiymətləndirmə komissiyası tərəfindən nəzərdən keçirilir. Bu müəssisələr həm də bərpadan sonra şəhərə qayıdacaq sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq. Qeydiyyatdan keçmiş rezident və qeyri-rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 161 milyon manatdan çox vəsaitin yatırılması nəzərdə tutulur. Bu investisiyalar nəticəsində 1400-dən çox yeni iş yeri açılacaq. Ağdam Sənaye Parkında digər sənaye parklarında olan güzəştlər mövcuddur. Belə ki, bütün sənaye parklarında qeydiyyatdan keçmiş rezidentlər ilkin mərhələdə bütün infrastrukturla təmin olunur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər