Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq

“Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib. Yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.

Banker.az xəbər verir ki, Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.

Qeyd edək ki, yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların bura artan marağının göstəricisidir ki Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər