22 C
Baku
Thursday, April 18, 2024

Ağdam Sənaye Parkında iki müəssisənin tikintisinə başlanacaq

Bu ilin iyul ayının sonunadək Ağdam Sənaye Parkında ən azı iki müəssisənin tikintisinə başlanılması nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərinin müavini Elxan Şiriyev deyib.

Onun sözlərinə görə, ərazilər təmizləndikcə ilin sonunadək daha 9 müəssisənin yaradılması nəzərdə tutulur.

“Ağdam Sənaye Parkına ayrılan ərazilərdə kifayət qədər köhnə tikililər var ki, onların sökülməsinə artıq başlanılıb. Bildiyiniz kimi, Sənaye Parkına dəyəri 60 mln. manat təşkil edən müxtəlif sahələr üzrə 15 layihə təqdim olunub. Təqdim olunan layihələr tikinti materialların istehsalını, kənd təsərrüfatı sektorunu (pambıq emalı, pambıq yağının istehsalı və s.), qida sektorunu və digər sahələri əhatə edir”, – deyə Elxan Şiriyev qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər