Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC Ağdam Sənaye Parkının dalan dəmir yolu xətti infrastrukturunun yaradılması məqsədilə tikinti-quraşdırma işlərinin satın alınması üzrə müsabiqə elan edib.
Müsabiqənin ehtimal olunan dəyəri 8 milyon 357 min manat təşkil edir.
Satınalma sənədlərinə əsasən, layihə Ağdam Sənaye Parkında dalan dəmir yolu xəttinin infrastrukturunun yaradılması üçün zəruri tikinti-quraşdırma işlərini əhatə edir.






