5 C
Baku
Saturday, December 14, 2024

Ağdamda 3 kəndin layihələndirilməsi 4 milyon manata başa gələcək

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 3 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 3 müqavilənin cəmi dəyəri 3 673 895 manat təşkil edir.

“PBA” QSC ilə bağlanmış müqavilədə “Ağdam rayonu Tağıbəyli kəndi (Suma kəndi ilə birlikdə) yaşayış məntəqəsinin layihələndirilməsi” nəzərdə tutulur. Bu müqavilənin dəyəri isə 1 441 099 AZN təşkil edir.

“Az.Arxitektura” MMC ilə olan dəyəri 1 170 796 AZN olan müqavilə “Ağdam rayonu Nəmirli kəndi (Şuraabad kəndi ilə birlikdə) yaşayış məntəqəsinin layihələndirilməsi”dir.

“Tulpar İnşaat” MMC ilə bağlanmış müqavilə “Ağdam rayonu Şotlanlı (Umudlu kəndi ilə birlikdə) kəndinin işçi layihələrinin hazırlanması”dır. Müqavilənin məbləği isə 1 062 000  AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər