10 C
Baku
Wednesday, December 11, 2024

Ağdamda baş plan əsasında müəyyən layihələrin icrasına başlanılıb

“Bildiyiniz kimi, mayın 28-də Azərbaycan Prezidentinin Ağdam ictimaiyyəti ilə görüşü zamanı Ağdam şəhərinin baş planının təqdimatı keçirilib və təsdiq olunub. Artıq Ağdamda müəyyən layihələrin icrasına başlanılıb”.

Bunu  açıqlamasında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, bəzi layihələrin də layihələndirilməsinə start verilib:

“Ağdamda olan vəziyyəti hamımız bilirik, mənfur düşmənimizin vəhşiliklərinin həddi-hüdudu yoxdur. Bir dənə də olsun bina, yaxud abidə salamat qalmayıb, ümumiyyətlə, daş-daş üstündə qalmayıb. Ona görə də orada işlər çoxdur, amma bu işlərin hamısını sistemli şəkildə aparmalıyıq. Ona görə də Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin yanında fəaliyyət göstərən müxtəlif işçi qrupların birgə fəaliyyəti çox vacibdir. Bütün bu məsələlər ona görə vacibdir ki, biz bu işləri sistemli şəkildə həyata keçirək. Burada müxtəlif qurumların birgə fəaliyyəti lazımdır. Baş plan təsdiq olunsa da, növbəti mərhələdə müxtəlif layihələrin razılaşdırılması, orada müxtəlif amillərin nəzərə alınması lazımdır. İstər ekoloji, istər infrastruktur, istər kommunal, istər nəqliyyat və digər amillərin nəzərə alınması üçün qurumların birgə fəaliyyəti vacibdir. Ona görə də təqdim olunan model olduqca vacibdir, bunun müsbət nəticəsini görürük”.

E.Hüseynov deyib ki, Prezidentin tapşırığı ilə Əlaqələndirmə Qərargahı çərçivəsində Ağdamda layihə həyata keçiriləcək: “Ağdamda bu işlərə başlanılıb və davam edir. Biz də bu işlərə çox yaxından nəzarət edirik ki, nəticə etibarilə proses tezliklə başa çatsın. Cənab Prezidentin təbirincə desək, Ağdam şəhəri cənnətə çevrilsin, həqiqətən də biz buna layiqik və bunu edəcəyik”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər