Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən Ağdam rayonunun Ağdam şəhəri, F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı və mühəndis-kommunikasiya sistemlərinin qurulması ilə bağlı layihə icra olunacaq.
Layihə çərçivəsində sahədaxili mühəndis-kommunikasiya sistemləri – su və kanalizasiya xətləri, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilərin salınması, həmçinin yaşıllaşdırma və abadlıq işləri görüləcək.
Bu işlərin icrası “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.
Layihənin ümumi dəyəri 9 milyon 321 min manat təşkil edir.







