-3 C
Baku
Sunday, December 15, 2024

Ağdamda istehlaka yararsız məhsullar satan mağaza cəzalandırıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Baxşəliyev Zabil Cavanşir oğluna məxsus ərzaq məhsullarının satışı mağazasında yoxlama keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, mağazada istifadə müddəti bitmiş istehlak üçün yararsız ət, süd və qənnadı məhsullarının satışının həyata keçirildiyi, temperatur rejiminə əməl edilmədiyi, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçilərin dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər