İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “SS-İnşaat” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə İşğaldan azad olunmuş ərazilərdə üç ədəd modul tipli xəstəxana komplekslərinin hazırlanması və quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 858 170 manatdır.