COVID-19-a qarşı vaksinasiya qısa müddətdə təsirini göstərəcək.
Bunu bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, bununla Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq:
“İlk növbədə tibb işçiləri vaksinasiyadan keçəcəklər. Güman edirəm ki bu vaksin ölkəmiz üçün uğurlu və xeyirli olacaq”.