“Azerbaijan Global Investments” (AGI) MMC 2017-ci ilin sentyabr ayından etibarən ilk dəfə “Azmont İnvestments” şirkətini tam nəzarət altına alıb. Bu ilin sentyabrın 27-dən martın 13-ə kimi iki Şirkətin Azərbaycan investisiyalı bu Monteneqro şirkətində 8,2 faiz payını dəyişməsinin səbəbi hələ də açıqlanmır.
Monteneqro Kommersiya Reyestrinin məlumatına əsasən, 13 fevral 2018-ci il tarixindən “ARM International Limited” ofşor şirkətinin “AzMon Investments” MMC-də 5.62% səhm payı AGI-nin mülkiyyətinə keçib. İndi AGI Monteneqroda turizm, daşınmaz əmlak və maliyyə sahəsində investisiya layihəsi həyata keçirən bu şirkətdə kapitalın 100%-nə sahibdir.
—Turan İ. A