14 C
Baku
Thursday, October 30, 2025

Ağıllı üzük istehsalçısı “Oura” $10.9 milyard qiymətləndirmə ilə $875 milyonluq investisiya raundunu bağlamağa hazırlaşır

“Ağıllı” üzük istehsalçısı “Oura” 10.9 milyard dollar dəyərində qiymətləndirmə ilə 875 milyon dollarlıq investisiya raundunu bağlamağa hazırlaşır, bu barədə “Bloomberg” məlumat yayıb.

Ümumi investisiya məbləği 900 milyon dollara qədər arta bilər. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, şirkət vəsaiti istehsalın genişləndirilməsinə, beynəlxalq ekspansiyaya və həmçinin tədqiqat və işləmələrə yönəltməyi planlaşdırır.

“Oura”nın dəyəri təxminən 10.9 milyard dollara yüksələ bilər. Bu, investorların 2024-cü ilin dekabrında verdiyi qiymətdən iki dəfə çoxdur: həmin vaxt “Oura” 5.2 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar cəlb etmişdi.

Şirkətin baş direktoru Tom Heyl investisiya cəlb olunması barədə şərh verməkdən imtina edib. Bununla belə, o qeyd edib ki, “Oura” indiyədək ümumilikdə 5.5 milyon üzük satıb. Müqayisə üçün: 2024-cü ilin oktyabrında bu göstərici 2.5 milyon olub. 2025-ci ilin yekunlarına görə istehsalçının 1 milyard dollardan çox gəlir əldə edəcəyi gözlənilir.

Şirkət sonuncu cihazını — “Oura Ring 4” üzüyünü 2024-cü ildə təqdim edib. Onun qiyməti 349 dollar təşkil edir. Heylin sözlərinə görə, şirkət “illik yenilənmələr istiqamətində irəliləyir”.

Son xəbərlər
Digər xəbərlər