18 C
Baku
Thursday, April 25, 2024

Ağıllı və çalışqan insanlara uğur qazanmağa mane olan 7 səbəb

Hesab edilir ki, ağıllı və çalışqan insanlar mütləq uğur qazanacaqlar. Lakin uğur qazanmaq üçün yalnız intellekt və yaxşı attestatın kifayət etmədiyini sübut edən bir sıra amillər var. Bu amillər bəzən aydın olmasa da, çox önəmlidir.

Ağıllı və çalışqan insanlara uğur qazanmağa mane olan 7 obyektiv səbəbə nəzər yetirək:

1. Yeni tanışlıqlar qurmursunuz

İllərlə tanıdığınız insanlarla ünsiyyət qurmaq asan və xoşdur. Lakin köhnə dostlarla siz eyni ideyaları təkrar-təkrar müzakirə edirsiniz, yeni heç nə öyrənmir və onlarla birgə yerinizdə sayırsınız.

2. Dəyişikliklərə meyilli deyilsiniz

Uzun illər eyni mühitdə olduqda, yenisinə alışmaq və yeni bir şeyi sınaqdan keçirtmək çətin olur. Lakin məhz dəyişikliklər bizə yeni təcrübə və imkanlar əldə etməyə kömək edir. Bu həm şəxsi, həm də iş həyatına aiddir.

3. Risk etmək istəmirsiniz

Ağıllı insanlar adətən təhlükəsiz yolu seçirlər. Onlar həmyaşıdları ilə eyni yolu gedə bilərlər. Belə yol təhlükəsizliyi və risklərin yoxluğunu təmin edir, lakin məhz bu həyatı adiləşdirir.

4. Yaxşı qiymətlər aldığınız üçün uğura layiq olduğunuzu düşünürsünüz

Məktəbdə yaxşı oxuyan insanlar zirvədə olmağa öyrəşiblər. Əlaçılar yalnız yaxşı qiymətlərinə və yüksək intellektlərinə görə yaxşı münasibətə və uğura layiq olduqlarını düşünürlər. Lakin həyatda hər şey bu qədər sadə deyil və belə düçüncənin bir çox mənfi nəticələri olur.

5. Siz səpələnirsiz və hər şeyi əhatə etməyə çalışırsınız

Ağıllı insanlar adətən vaxtlarını yalnız bir işin yerinə yetirilməsinə sərf etməyi xoşlamır, buna görə də onlar adətən eyni vaxtda bir neçə iş ilə maraqlanır və onları həyata keçirirlər. Lakin bu cür yanaşma nadir hallarda uğurla nəticələnir. Müəyyənləşmək lazımdır.

6. Qərar qəbul edə bilmirsiniz

Ağıllı olmaq faydalı və xoşagələndir. Lakin sizin çoxlu seçim imkanınız varsa, qərar qəbul edə bilməyəcəksiniz. Məhz bu uğur əldə etməyinizə mane ola bilər. Seçim edin və hər şey daha asan olacaq.

7. Özünüzə inanmırsınız

Təəccüblüdür, lakin ağıllı insanlar bəzən öz bacarıqlarını düzgün qiymətləndirə bilmirlər. Onların ən böyük tənqidçiləri elə özləridir. Ağıllı insanlar, xüsusilə söhbət onların işlərindən gedirsə, yüksək standartlara malikdirlər. Hər dəfə layihə üzərində işlədikdə, onlar nəticəni təkrar-təkrar təhlil edirlər. Bu da nadir hallarda uğurla nəticələnir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər