“Ağlayan oğlanın” lənəti

4 sentyabr 1985-ci ildə Britaniyanın “The Sun” qəzeti “Blazing Curse of the Crying Boy” haqqında məqalə nəşr etdi. Məqalədə Roterdamdan olan Rona və Mey Hull evli cütlüyü belə iddia edirdi ki, yanğın nəticəsində bütün evləri yandıqda belə dağılmış divarda ağlayan oğlan uşağının təsvir edildiyi ucuz rəsm əsəri toxunulmamış qalmışdı. Məqalə şəkil və bu sözlərlə müşayiət edilmişdi: “Tears for fears… the portrait that firemen claim is cursed” (Qorxu göz yaşları… yanğınsöndürənlərin lənətli hesab etdiyi portret).

Yanğınsöndürənlərin bu rəsm əsəri barədə belə düşünməsinə səbəb, rəsm əsərini bir çox yanğın hadisələri zamanı zərərsiz vəziyyətdə tapmaları olmuşdur. Məqalədə həmçinin qeyd edilirdi ki, Böyük Britaniya mağazalarından bu rəsm əsərinin 50 000 nüsxəsi satılmış və əsas olaraq Şimali İngiltərənin ərazilərinə paylanmışdır.

1980-ci illərin ortalarında The Sun qəzeti oxucuların diqqətinə sahib olmaq üçün fəal mübarizə aparırdı. Qəzetin redaktoru Kelvin Makkenzi insanların marağını sensasiyalı hadisəyə cəlb etməyi qərara alır. O öz əməkdaşlarına belə bildirir ki, bu tarixçə böyük potensiala malikdir və uzun müddət gündəmdə qalacaq. Əsas olan oxuyucuların diqqətini itirməməkdir. Tezliklə qəzetdə rəsm əsəri ilə bağlı oxşar hadisələr barədə məlumatlar peyda olmağa başalyır. Bu zaman redaksiyaya oxuyucular tərəfindən çoxlu sayda məlumat göndərilmişdi.

 Məqalələrdə “lənətli”, “bədbəxtlik gətirən”, “qorxu”, “dəhşət” sözləri fəal olaraq istifadə olunur, bu kimi cümlələr işlədilirdi: “Yanğında bütün rəsm əsərlərim yansa da, “Ağlayan oğlan” əsəri istisna idi”, “Bu rəsm əsərini əldə edən bütün qohumlarım və tanışlarım yanğından əziyyət çəkmişlər”. Jurnalistlər okkultizm mütəxəssislərinə istinadən belə fikir irəli sürürlər: Ola bilsin ki, rəsm əsərinin müəllifi təsvirini yaratdığı uşaq ilə çox qəddarcasına davranıb və bütün bu yanğınlar həmin uşağın lənəti ola bilər. Maraqlıdır  ki, müxtəlif hadisələrdə iştirak edən bu rəsm əsərləri biri digərinin surəti deyil. Bu rəsm əsərlərinin bir hissəsi ispan rəssam Covanni -Braqolinə, bir hissəsi isə şotlandiyalı Anna Zinkeisen-ə məxsusdur.

Yanğın barədə çoxlu sayda söz-söhbətlərin yayılması Cənubi Yokşirin yanğınsöndürmə departamentini ayağa qaldırdı. Departament yanğın hallarının rəsm əsəri ilə deyil, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən olduğunu bildirirdi. Rəsm əsərinin yanmamasına səbəb isə onun yanmayan material üzərində təsvir edilməsi idi. Lakin bu elan The Sun qəzeti tərəfindən yaradılmış sensasiyanı yatıra bilmədi. Belə olduqda isə qəzet özü şərh bildirməyə məcbur oldu: “Artıq kifayətdir! Evinizdə bu rəsm əsərinin olması ilə bağlı təşviş içərisindəsinizsə onu bizə göndərin. Biz onu məhv edə və sizi lənətdən xilas edərik”.

Tezliklə yerli redaksiyada bir otaq dolusu “Ağlayan oğlan” rəsm əsəri peyda olur. Tezliklə qəzetin redkatorunun da bütün bunlara inandığı məlum olur. Qəzet əməkdaşlarından biri rəsm əsərini redaksiyanın divarından asmaq istədikdə Makkenzi onu dayandırmış və “Bu xeyirliyə doğru deyil!” demişdi. Bu hal özünü yanğınsöndürənlər arasında da biruzə verirdi. Heç kim bu rəsm əsərini hədiyyə olaraq qəbul etmək istəmirdi. The Sun bu rəsmlərin kütləvi şəkildə məhv ediləcəyinə dair vəd verir. Bütün toplanmış əsərlər şəhər kənarına çıxarılaraq burada yandırılmışdı.