8 C
Baku
Thursday, December 12, 2024

“Agro-West” Azərbaycanda daha bir şirkət yaradıb

Azərbaycanda 22 yaşlı bizneslərdən biri “Aqrovest” MMM-ə (“Agro-West”) yaxın olan şirkət təsis edilib.

Banker.az xəbər verir ki, “Aqro-Vest Food” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1805918511) adlı şirkət Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb.

Bu şirkət xaricdən ölkəyə qida məhsulları idxal edən və istehsal “Aqro-Vest DC” MMC ilə eyni ünvanda, eyni şəxsin rəhbərliyi altında yaradılıb..

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ştq, Bəşir Bünyadov (Bakıxanov qəs.) ev.12-də yaradılıb.

Şirkətin nizamnamə kapitalı 100 manat olmaqla ona qanuni təmsilçiliyi  İlqar Haqverdiyev Mehdi oğludur.

“Aqro-Vest”lər  2000-ci illərdən başlayaraq ölkədə fəaliyyətdədir.

“Aqro-Vest” MMM fındıq və fındıq məhsulları (qovrulmuş və doğranmış fındıq, fındıq pastası, ağardılmış fındıq ləpəsi) ixrac edir. Ölkənin qeyri-neft sektorunda sayılıb-seçilən şirkətdir.

Son xəbərlər
Digər xəbərlər