14 C
Baku
Thursday, April 25, 2024

“Aİ-95″in bahalaşması “Aİ-92” və dizelin də qiymətini qaldıracaq?

“Aİ-95” premium markalı benzin 40 qəpik bahalaşaraq satış qiyməti 2 manat olub. Dünyada, eləcə də Azərbaycanda geniş vüsət alan bahalaşma dalğasının “Aİ-92” markalı benzin və dizelə də çatacağı barədə müzakirələr gedir. Ümumiyyətlə, “Aİ-95″in bahalaşması nəyə gətirib çıxaracaq?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı danışıb.

Ekspert deyib ki, rəsmilər “Aİ-95” markalı benzinin qiymətinin artmasını dünyada baş verən proseslərlə izah etməyə çalışsalar da, vəziyyət başqa cürdür:

“Ancaq dizel və “Aİ-92” markalı benzin dövlət tərəfindən tənzimlənir. Ona görə bu yanacaq növlərinin də qiyməti qalxarsa, dünyadakı proseslərlə əlaqələndirə bilməyəcəklər. Çünki  “Aİ-92” markalı benzin və dizel yerli istehsaldır. Dövlət qurumları, Tarif Şurası hüquqi qiymət artımına getməyə də bilər. Çünki bu, beynəlxalq məsələdən asılı deyil. Ölkədə indiki inflyasiya dərəcəsini, kəskin qiymət artımının olduğunu nəzərə alsaq, “Aİ-92” markalı benzin və dizelin qiymətinin artması inflyasiyanı daha da sürətləndirəcək. Nəticə etibarı ilə də ölkədə sosial problemlərin daha da artmasına səbəb olacaq. Ümid edək ki, “Aİ-95” markalı benzinin qiymətinin 2 manat olması “Aİ-92” markalı benzinin, dizelin bahalaşmasına və sosial problemlərin artmasına gətirib çıxaracaq siqnal deyil”.

MənbəModern.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər