12 C
Baku
Monday, April 15, 2024

“Aİ-95”in bahalaşması digər sektorlarda qiymət artımına səbəb olmayacaq”

Azərbaycanda “Aİ-95” markalı benzinin satış qiymətinin 1.6 manatdan manata çatdırılması qlobal enerji bazarında gedən proseslərin təzahürüdür.

Bunu iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Azərbaycanda bu marka benzin istehsal edilmir. Onu xaricdən alırıq. Bu ilin ilk 4 ayı ərzində ölkəyə gətirilən “Aİ-95” markalı benzinin bir tonunun idxal qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 300 ABŞ dolları çoxdur. Bu birbaşa olaraq neft qiymətlərinin artımı ilə əlaqədardır. Belə ki, bu ilin əvvəlindən “Brent” markalı neftin qiyməti 25 % bahalaşıb. ABŞ-da benzinin qiyməti tarixi maksumumları yeniləyərək bir qalon (3.785 litr) üçün hətta ABŞ dollarına belə çatıb. Analoji proses Avropada da müşahidə edilir”,- deyə o əlavə edib.

Ekspert hesab edir ki, “Aİ-95”in qiymətinin artmasının geniş əhali kütləsinə təsirləri minimum olacaq: “Azərbaycanda ənənəvi olaraq əhalinin əksər hissəsi “Aİ-92” benzinindən və dizel yanacağından istifadə edir. Biznes ilk növdədə yuxarıda qeyd edilən yanacaq növlərindən istifadə edir. Yəni “Aİ-95”in bazar payı çox azdır. Belə olan şəraitdə onun bahalaşması digər sektorlarda qiymət artımına səbəb olmayacaq. Bunun üçün heç bir iqtisadi əsas yoxdur. Lakin hər zaman olduğu kimi hansısa işbazlar bu məqamdan spekulyasiya edə bilərlər. Bunun qarşısını almaq üçün isə dövlətin müvafiq nəzarət orqanları fəaliyyətlərini aktivləşdirməlidir”.

Xatırladaq ki, bu ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən (Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistandan) 29 min 981 ton Aİ-95 markalı benzin gətirlib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 36 % azdır. Azalma əsas tədarük bazarlarından biri olan Rusiyadan idxal həcminin 4 dəfə aşağı düşməsi ilə əlaqədardır. Ötən il xaricdən (8 ölkədən) aldığımız 147 min 412 ton Aİ-95 markalı benzinin 44.5 %-i Rumıniyanın, 35.2 %-i məhz Rusiyanın payına düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər