5 C
Baku
Saturday, December 14, 2024

Aİ ABŞ-ın elektromobillərlə bağlı qərarını pisləyib

Avropa İttifaqı ABŞ hökumətinin elektromobil sahiblərinə növbəti güzəştlə bağlı qərarına etiraz edib.

“Reuters“in xəbərinə görə, hökumət elektromobil alanlara 7500 dollaradək vergi güzəşti nəzərdə tutur. 18 aylıq müzakirədən sonra qəbul edilmiş qaydaya görə bu güzəştdən ABŞ-da istehsal olunmuş elektromobil alanlar istifadə edə bilər.

Məsələyə etiraz edən Aİ rəsmiləri bildirib ki, bu addım ÜTT-nin normalarına ziddir və sağlam rəqabət şərtlərini pozur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər