13 C
Baku
Tuesday, May 7, 2024

Aİ Belarusa qarşı yeni sanksiyalar barədə razılığa gəlib

Avropa İttifaqı səfirləri Belarusa qarşı daha sərt sanksiyalar barədə razılığa gəliblər, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Bu gün Aİ səfirləri Belarusdakı vəziyyət və Belarusun Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirakını nəzərə alaraq məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar”, – mesajda deyilir.

Məlumata görə, sanksiyalar Belarus gübrələrinə şamil edilməyəcək.

“Belarusdan kalium gübrələrinin idxalına məhdudiyyət hələ də qoyulmayıb”, – mənbə bildirib.

Bundan əvvəl bildirilmişdi ki, hərbi texnika və təyyarə hissələri Avropa İttifaqının Belarusa qarşı yeni sanksiyaları altına düşə bilər. Paralel olaraq, Aİ-də Belarus sanksiyalarının Moskvaya qarşı sanksiyalarla tam uyğunlaşdırılmasına dair danışıqlar dalana dirənib. Bu vəziyyətin səbəbi Belarus gübrələrini Aİ sanksiyalarından geri çəkmək istəyi göstərilir.  Qərarı Litva istisna olmaqla, demək olar ki, ittifaqın bütün ölkələri dəstəkləyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər