12 C
Baku
Wednesday, December 11, 2024

Aİ Belarusun üç bankını SWIFT-dən ayıracaq

Avropa yeni sanksiyalar paketi çərçivəsində Belarusun üç bankını SWIFT sistemindən ayırmağı planlaşdırır.

Banker.az xəbər verir ki, məlumata görə, Avropa Komissiyası Rusiya və Belarusa qarşı çərşənbə axşamı müzakirə olunacaq sanksiyalar paketi hazırlayıb.

Bundan əlavə, Aİ “rus oliqarxları”na və parlament üzvlərinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Daha əvvəl Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Avropa İttifaqı yeddi Rusiya bankını SWIFT sistemindən ayırıb: “VTB”, “Rossiya”, “Otkritiye”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və Rusiya Federasiyasının Dövlət İnkişaf Fondu.

Son xəbərlər
Digər xəbərlər