27 C
Baku
Saturday, April 27, 2024

Aİ böhran zamanı sakinlərə və müəssisələrə kömək üçün 40 milyard avro ayırmağı təklif edəcək

Avropa İttifaqı enerji böhranı və qiymət artımı fonunda Avropa ölkələrinin sakinlərinə və şirkətlərinə dəstək üçün ittifaqın vəsaitindən 40 milyard avro təklif etməyi planlaşdırır.

Bu barədə “Bloomberg” Avropa Komissiyasının təklif etdiyi tədbirlər paketi layihəsinə istinadən məlumat yayıb.

Avropa Komissiyasının Avropa hökumətlərinə qaz və elektrik enerjisi də daxil olmaqla, artan qiymətlərdən zərər çəkmiş kiçik və orta şirkətləri dəstəkləmək və enerji böhranı zamanı həssas ev təsərrüfatlarının borclarını ödəməyə kömək etmək üçün mövcud birlik fondlarından vəsaitlərin istifadəsinə icazə verilməsini təklif edəcəyi gözlənilir.

Qeyd olunub ki, Aİ-nin ayrı-ayrı ölkələrinin istifadə edə biləcəyi yekun məbləğ bu cür fondlardan gələn vəsaitin həcmindən asılı olacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər