7 C
Baku
Thursday, December 12, 2024

Aİ Bolqarıstana 2025-ci ilə qədər Rusiyadan neft almağa icazə verib

Bolqarıstan Rusiya neftinə qoyulan embarqoya qoşulmaq üçün 2025-ci ilə qədər möhlət alacaq. Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kiril Petkov deyib.

Petkovun sözlərinə görə, belə bir qərar “emal sənayesini başqa neft üzərində işə hazırlamağa” imkan verəcək.

Xatırladaq ki, mayın 31-nə keçən gecə Avropa Şurasının rəhbəri Çarlz Mişel bəyan edib ki, Aİ ölkələri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ biliblər və bu paketə Rusiya neftinə embarqonu daxil ediblər. Məhdudiyyətlər Rusiyadan neft idxalının üçdə ikisindən çoxuna təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər