18 C
Baku
Wednesday, May 15, 2024

Aİ Bosniya və Herseqovinaya 39.5 mln. avro dəyərində yardım ayıracaq

Avropa İttifaqı (Aİ) miqrant axınını idarə etmək və sərhəd nəzarətinin təmin olunması üçün Bosniya və Herseqovinaya yeni yardım paketi hazırlayıb.

Bu barədə Avropa Komissiyasının vitse-prezidenti və miqrasiya məsələlərinə məsul olan Marqaritis Şinas deyib.

M.Şinas Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Selmo Çikotiç ilə görüşüb, paytaxt Sarayevo yaxınlığındakı Usivak qaçqın düşərgəsini ziyarət edib.

Aİ-nin 2018-ci ildən bəri Bosniya və Herseqovinaya 100 milyon avro dəyərində yardım ayırdığını bildirən M.Şinas sərhəd nəzarətini yaxşılaşdırmaq və miqrant qəbul etmək potensialını gücləndirmək üçün 39.5 milyon avro dəyərində yeni yardım paketinin hazırlandığını vurğulayıb.

Analoji yardımın Serbiyaya da veriləcəyini deyən Avropa Komissiyasının vitse-prezidenti bildirib ki, son aylarda regionda miqrant axınında artım var. Ona görə də vəziyyətə diqqətlə yanaşmaq lazımdır.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər