Aİ-də miqrantların sayı rekord 64,2 milyona çatıb

2025-ci ildə Avropa İttifaqı ölkələrində 64,2 milyon miqrant yaşayıb. Bu barədə Miqrasiya Araşdırmaları və Analiz Mərkəzinin (CReAM) “Rockwool Foundation” Berlin xeyriyyə təşkilatı ilə birgə hazırladığı hesabatda deyilir. Göstərici əvvəlki illə müqayisədə 2,1 milyon nəfər artaraq rekord səviyyəyə çatıb. Halbuki 2010-cu ildə Aİ-də təxminən 40 milyon miqrant var idi.

Hesabata görə, ən çox miqrantın yaşadığı ölkə Almaniya olaraq qalır — burada onların sayı təxminən 18 milyondur. Fransada və İspaniyada bu göstərici müvafiq olaraq 9,6 milyon və 9,5 milyona yüksəlib. Eyni zamanda, böyük Avropa ölkələri arasında ən yüksək miqrant axını məhz İspaniyada qeydə alınıb.

Ümumi əhali ilə müqayisədə miqrantların payı ən yüksək olan ölkə Lüksemburqdur — 51,2%. Ondan xeyli geri qalaraq İtaliya, Malta və Kipr gəlir, burada bu göstərici müvafiq olaraq 33%, 32% və 27,6% təşkil edir. Ən aşağı pay isə Polşada qeydə alınıb — 2,6%.

Son xəbərlər
Digər xəbərlər