Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99.5%-i ötüb.
Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının məlumatlarında bildirilib.
Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 99.55%-ə çatıb.
Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 110.2 mlrd. kubmetr təşkil edir.