Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 59%-dən aşağı enib.
Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.
Məlumata görə, Aİ ölkələri istilik mövsümündə qaz anbarlarından 51 mlrd. kubmetrdən artıq qaz çıxarıb və hazırda anbarların dolumluluq səviyyəsi 58.81% təşkil edir.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təxminən 64.9 mlrd. kubmetr təşkil edir.