10 C
Baku
Thursday, December 12, 2024

Aİ-də qaz anbarlarının ehtiyatları 92 mlrd. kubmetri ötüb

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 84%-i ötüb.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 84.12% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9.18 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 92.5 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər