15 C
Baku
Saturday, April 20, 2024

Aİ gələn həftə Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təqdim edəcək

Avropa İttifaqı gələn həftə Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Aİ-yə üzv ölkələr gələn həftənin əvvəlində bunu müzakirə etməyə başlayacaqlar.

Altıncı sanksiyalar paketinə Rusiyadan neft idxalına bəzi qadağalar daxildir. Bundan əlavə, yeni Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemi ilə əlaqəsi kəsiləcək. Bu dəfə “Sberbank” və “Qazprombank” da sanksiyalara məruz qala bilər.

Xatırladaq ki, Ukrayna Rusiyadan enerji idxalına qadağa qoyulması tələbi ilə Aİ-yə müraciət etmişdi.

 

 

Son xəbərlər
Digər xəbərlər