Avropa İttifaqı (Aİ) gələn həftə 2023-cü il üçün Ukraynaya 18 milyard avroya yaxın vəsaitin ayrılması mexanizmini açıqlayacaq.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Ukrayna maliyyə vəsaitinin birinci tranşını 2023-cü ilin yanvarında alacaq.
Agentliyin məlumatına əsasən, Aİ-yə üzv ölkələr Ukraynaya vəsaitin verilməsi prosedurlarının sürətləndirilməsini dəstəkləyir.