İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Mereditlə görüşüb.
Banker.az xəbər verir ki, nazir bu barədə öz rəsmi Twitter səhifəsində paylaşım edib.
İqtisadiyyat Nazirliyində baş tutan görüşdə Avropa İttifaqı ilə əməkdaşlıq, investisiyaların müəyyənləşdirilməsi sahəsində işçi qrupunun yaradılması, özəl və dövlət sektorlarında sərmayə imkanları və potensial layihələr barədə müzakirələr aparılıb.