-1 C
Baku
Sunday, December 15, 2024

Aİ İrana sanksiyaların ləğvini və neft ixracının bərpasını təklif edib

Aİ nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək qarşılığında İrana bir sıra banklara və iqtisadi strukturlarına qarşı sanksiyaların ləğvini, İran neftinin ixracına qoyulan qadağanın aradan qaldırılmasını, habelə İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin Tehrana qaytarılmasını təklif edib.

Məlumata görə, təklifə əsasən, sazişin imzalanmasından sonrakı ilk gündə 17 İran bankından və 150 ​​iqtisadi strukturdan sanksiyalar götürüləcək. Bundan əlavə, sazişin imzalanmasından sonra 120 gün ərzində İran yoxlama mexanizmi ilə 50 milyon barel neft, 120 gündən sonra isə  2,5 milyon barel neft ixrac edə biləcək. Həmçinin, İranın Cənubi Koreyadakı 7 milyard dollar vəsaiti ölkəyə qaytarılacaq.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının Daimi üzvləri olan beş ölkə və Almaniya tərəfindən imzalanıb. 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp bu sazişdən çıxmaq qərarına gəlib. Amerikanın hazırkı lideri Co Bayden dəfələrlə Vaşinqtonu Tehranın nüvə sazişinə qaytarmağa hazır olduğuna işarə edib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla sazişin ilkin formada bərpası üçün danışıqlar aparır.

Avqustun 11-də Aİ diplomatları İslam Respublikası ilə nüvə sazişinin bərpası üçün sənədin yekun mətnini hazırlayıblar. Bu məlumata görə, Brüssel Tehrana güzəştlər təklif edib. Bazar ertəsi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Tehran Avropa tərəfinin təkliflərinə yazılı cavab verəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər