Avropa İttifaqı (Aİ) karbon emissiyalarının növbəti on ildə önəmli dərəcədə azaldılması ilə bağlı razılığa gəlib.
Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.
O deyib ki, Aİ ölkələri 2030-cu ilədək karbon emissiyalarını ən azı 55%-dək azaldacaq.
Aİ Şurasının prezidenti Şarl Mişel isə Avropanın iqlim dəyişikliyi ilə mübarizədə lider olduğunu vurğulayaraq bu qərarın çox vacib olduğunu qeyd edib.