9 C
Baku
Thursday, December 12, 2024

Aİ liderləri Ukrayna ilə həmrəylik fondu yaradacaqlar

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Aİ dövlət başçılarının görüşünün ilk gününün yekunlarına əsasən, beynəlxalq tərəfdaşları bu fondda iştiraka dəvət edərək, Ukrayna ilə həmrəylik fondu yaratmaq barədə razılığa gəliblər.

“Avropa İttifaqı Ukrayna hökumətinə təcili ehtiyaclarında və Rusiyanın hücumu başa çatdıqdan sonra demokratik Ukraynanın bərpası üçün dəstək verməyə sadiqdir. Bu məqsədlə Avropa İttifaqı həmrəylik üçün etimad fondu yaratmağa razıdır. Ukrayna ilə əməkdaşlıq edir və beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir”, – məlumatda bildirilir.

Avropa İttifaqı bu etimad fondu çərçivəsində maliyyə vəsaitlərinin toplanması üçün beynəlxalq konfransın vaxtında təşkilinə çağırır.

Son xəbərlər
Digər xəbərlər