10 C
Baku
Thursday, December 12, 2024

Aİ Mərkəzi Asiyada nəqliyyat dəhlizinin inkişafına 1.5 milyard avro sərmayə yatıracaq

Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Rusiyadan yan keçən nəqliyyat dəhlizi yaratmaq üçün Mərkəzi Asiyada strateji nəqliyyat infrastrukturuna 1.5 mlrd. avro sərmayə yatırmaq niyyətindədir.

Bu barədə Avropa Komissiyasının sədr müavini, ticarət üzrə komissarı Valdis Dombrovskis Brüsseldə ikigünlük nəqliyyat sahəsində Aİ-Mərkəzi Asiya investisiya forumunu açarkən bildirib.

 

“Uzunluğu 11 min kilometr olan nəqliyyat dəhlizini rəqabətə davamlı etməliyik. Konkret nəticələr əldə etmək niyyətindəyik. Buna görə də Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Mərkəzi Asiyanın nəqliyyat imkanlarına 1.5 mlrd. avro sərmayə yatırmaq niyyətindədirlər”, – Valdis Dombrovskis vurğulayıb.

O əlavə edib ki, bu sahədə müvafiq anlaşma memorandumları daha sonra imzalanacaq.

Qeyd edək ki, tədbirin məqsədi Transxəzər Nəqliyyat Dəhlizinin 15 gün və ya daha az müddətdə Avropa və Mərkəzi Asiyanı birləşdirən multimodal, müasir, rəqabətə davamlı, proqnozlaşdırıla bilən, ağıllı və sürətli marşruta çevrilməsi kimi uzunmüddətli məqsədə nail olmaqdır.

Forumda həmçinin Xəzər dənizi üzərindən nəqliyyat əlaqələri üzrə ayrıca sessiya keçiriləcək və sessiyada Xəzər dənizi keçidinin müxtəlif aspektləri, o cümlədən Aktau, Kurık, Türkmənbaşı və Bakının əsas limanlarının tutumu və əməliyyatlar müzakirə olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər