5 C
Baku
Tuesday, January 28, 2025

Aİ Macarıstanla Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılığa gəlib

Avropa İttifaqı (Aİ) Ukraynada davam edən müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq niyyətindədir, “Bloomberg” yazır.

Bildirilir ki, Aİ-nin enerji təhlükəsizliyinə zəmanət verməsi müqabilində Macarıstanın yanvarın 27-də bu qərara etirazından əl çəkəcəyi gözlənilir.

Nəşrin yazdığına görə, Budapeşt 2024-cü ilin dekabrından ABŞ prezidenti Donald Trampın andiçmə mərasimini gözləyərək, Rusiya prezidenti Vladimir Putinin danışıqlar masası arxasına əyləşməməsi halında Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə söz verdiyi üçün bu qərarı təxirə salıb.

Macarıstanın Baş naziri Viktor Orban sanksiyalar blokunun uzadıldığını elan edib və Aİ-ni Rusiya qazının Avropaya tranzitinin bərpası üçün Ukraynaya təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı sanksiyaları hər altı aydan bir uzadır və bu qərar bütün üzv dövlətlərin dəstəyini tələb edir.

2025-ci il yanvarın 1-də Kiyevin “Qazprom”la müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti dayandırılıb. Slovakiya, Avstriya, Macarıstan və Moldova isə ilk növbədə bu marşrutdan asılıdır.

Son xəbərlər
Digər xəbərlər