13 C
Baku
Tuesday, April 8, 2025

Aİ mayda ABŞ-yə qarşı cavab rüsumlar tətbiq edə bilər

“Financial Times” yazır ki, Avropa İttifaqı may ayında ABŞ-yə qarşı cavab olaraq yeni tariflər tətbiq edə bilər. Nəşrin məlumatına görə, Donald Trampın tarifləri 350 milyon avrodan çox dəyərində olan Aİ mallarına təsir edəcək.

“FT” aydınlaşdırıb ki, Brüssel hələ də Vaşinqtona cavabı nəzərdən keçirir. Eyni zamanda, Aİ rəhbərliyi “transatlantik ticarətdə qalan maneələri aradan qaldırmaq üçün” danışıqlara hazırdır.

Aprelin 7-də Aİ üzv dövlətlərə cavab tədbirlərinin yenidən işlənmiş siyahısını göndərəcək və səsvermə gələn həftəyə planlaşdırılıb. Rüsumların bir ay ərzində qüvvəyə minməsi gözlənilir. Tədbirlər ABŞ-nin 26 milyard avroya qədər ixracatına təsir göstərə bilər.

Xatırladaq ki, Donald Tramp aprelin 3-də Avropa İttifaqından malların idxalına yeni tariflər elan edib. Tariflər Aİ ölkələrindən ABŞ-yə ixrac edilən əksər mallara təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər