Minalardan təmizlənmə ilə bağlı Azərbaycan hökuməti ilə davamlı təmasdayıq və minalardan təmizlənmə ilə bağlı 1,5 milyon avro dəyərində layihə həyata keçirilir.
Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
“Həmçinin minalarla bağlı maarifləndirmə kimi tədbirlərin təşkilində maliyyə yardımı ayırmışıq. ANAMA-nı biz UNDP vasitəsilə dəstəkləyirik. Hazırkı maliyyə paketi 2,5 milyon avrodur”.
Peter Mixalko ANAMA-da görüşlər keçirdiyini söyləyib.
“Biz ANAMA-nın işini təqdir edirik. Hazırda Azərbaycanın qarşısında böyük bir iş var. Biz bir çox məsələlərdə yardım etmək üçün Azərbaycana yardımın növbəti paketinin hazırlanması üzərində işləyirik”.