18 C
Baku
Sunday, May 12, 2024

Aİ missiyası ilk patrul üçün Azərbaycanla sərhədə yollanıb

Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan şərti sərhədi boyunca ilk patrul xidmətinə gediblər.

Bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: “Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”.

Xatırladaq ki, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi fikri Avstriya, Litva və Rumıniya tərəfindən irəli sürülüb. Oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər