5 C
Baku
Saturday, December 14, 2024

Aİ Moldovaya 50 milyon avro məbləğində kredit verəcək

Avropa Komissiyası (AK) Moldovaya güzəştli şərtlərlə 50 milyon avro kredit ayrıldığını açıqlayıb.

Bu barədə AK-nin kommünikesində qeyd edilib.

Bundan başqa, AK Moldovaya iyulun sonuna qədər 22,5 milyon avroluq yeni qrant ödənişi elan edib.

“Bu maliyyə dəstəyi Moldovaya 2024-cü il üçün maliyyə ehtiyaclarının bir hissəsini ödəməyə və makroiqtisadi sabitliyi qoruyub saxlamağa kömək edəcək, eyni zamanda gələcək islahatlara imkan yaradacaq”, – məlumatda qeyd olunub.

Bu maliyyə yardımlarının Moldovaya Avropa yolu ilə getməyə yardım göstərəcəyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər