22 C
Baku
Thursday, May 2, 2024

Ai-nin 400 müşahidəçisi Azərbaycanla sərhəddə yerləşdiriləcək

Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasına ilkin olaraq 400-ə yaxın müşahidəçi daxil olacaq.

Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi danışıb.

Onun sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Bazar ertəsi Lüksemburqda planlaşdırılan görüş keçirəcək. Görüşün gündəmində Ukrayna münaqişəsi olacaq. Bundan əlavə, nazirlərin Azərbaycan-Ermənistan sərhədindəki problemlərin həllinə yardım etmək üçün mülki missiyanı təsdiqləyəcəkləri gözlənilir.

Missiyanın bu gün təsdiqlənməsi gözlənilir.

Diplomatın sözlərinə görə, hələlik təfərrüatlar yoxdur.

“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək”, – deyən rəsmi məsələnin aktuallığına görə ilk müşahidəçilərin Aİ-nin missiyasından iki ölkənin sərhədinə göndəriləcəyini vurğulayıb.

“Biz məsələnin aktuallığına görə Gürcüstandakı missiyamızdan işçi heyəti götürürük” deyə icma nümayəndəsi izah edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər