15 C
Baku
Friday, March 29, 2024

Aİ-nin dondurduğu Rusiya aktivlərinin həcmi açıqlandı

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında Avropa İttifaqı (Aİ) Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub.

Aktivlərin əksəriyyəti Belçikada yerləşir. İlkin hesablamalara görə, burada təxminən 50 milyard avro dondurulub.

İkinci yerdə 5,5 milyard avro ilə Lüksemburqdur. İtaliya, Almaniya, İrlandiya, Avstriya və Fransa (həmçinin Belçika – red.) ilə birlikdə dondurulmuş aktivlərin 90%-dən çoxu bu dövlətlərin payına düşür.

Həmçinin, Avropa İttifaqı Rusiyanın 33,8 milyard avroya qədər milli ehtiyatlarını dondura bilər. Qeyd edilir ki, hazırda bu rəqəm qiymətləndirmə mərhələsindədir.

Son xəbərlər
Digər xəbərlər