20 C
Baku
Wednesday, April 24, 2024

Aİ-nin dörd ölkəsi Azərbaycandan qaz tədarükü üçün infrastrukturun inkişafına vəsait istəyib

“Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan təbii qazının Avropaya nəqli üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib”.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, söhbət infrastrukturun inkişafından, yeni interkonnektorların tikintisindən və mövcud olanların ötürücülük qabiliyyətinin artırılmasından gedir: “Biz bolqarlar, rumınlar və slovaklarla birlikdə Avropa Komissiyasına müraciət etdik ki, o, bununla prioritet məsələ kimi məşğul olsun və regionda infrastrukturun inkişafına maliyyə dəstəyi göstərsin.

Bu maliyyə vəsaiti Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyadan keçən marşrut üzrə Azərbaycan təbii qazının artan həcmini Cənubi və Mərkəzi Avropanın enerji təhlükəsizliyinə daxil etmək üçün lazımdır”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər