8 C
Baku
Thursday, March 28, 2024

Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmunu açıqlanıb

Avropa Komissiyası və Avropa İttifaqı ölkələri ötən gün Rusiyaya qarşı 9-cu sanksiya paketini müzakirə edib. Məlumata görə, bu dəfə sanksiyaların texnologiya, maliyyə və media sahəsini əhadə edəcəyi bildirilib.

Bu barədə ABŞ-ın “Politico” nəşri məlumat yayıb.

Məqalə müəlliflərinin istinad etdiyi bir neçə avropalı diplomatın fikrincə, razılaşma nisbətən tez əldə oluna bilər, ola bilsin ki, gələn həftə Xarici Əlaqələr Şurasının iclası və Aİ sammiti ərəfəsində.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 24-də Aİ-nin anti-Rusiya sanksiyaları paketi üzərində işini açıqlayıb.

İki gün əvvəl “Politico” rəsmilərə istinadən xəbər vermişdi ki, Aİ anti-Rusiya sanksiyalarının doqquzuncu paketi çərçivəsində məhdudiyyətlərə məruz qalan şəxslərin siyahısını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər