10 C
Baku
Wednesday, December 11, 2024

Aİ-nin sammiti “Brexit” məsələsinin müzakirələrinə qayıtmaqdan imtina edib

Avropa İttifaqının sammiti “Brexit” məsələsinin müzakirəsinə qayıtmaqdan imtina edib.

Banker.az xəbər verir ki, bu haqda Avropa Şurasının sədri Donald Tusk bildirib.

Avropa İttifaqı İngiltərənin yeni baş naziri ilə işləməyə və qarşılıqlı əlaqələrinin bəyannaməsini müzakirə etməyə hazır olduğunu ifadə edib. Tusk əlavə edib: “Biz Böyük Britaniya ilə gələcək münasibətlərin mümkün qədər yaxın olmasını istəyirik”. Onun sözlərinə görə, bu yanaşma Aİ-nın 27 ölkəsi üçün eynidir.

Daha əvvəl, The Times qəzeti “Brexit” məsələsinin yenidən təxirə salınmasının mümkünlüyündən danışıb. Belə ki, Britaniya “Brexit” üzrə əsas şərtləri cari ilin 31 oktyabr ayında kimi razılaşdıra bilmədiyi halda, məsələnin müzakirəsi bir daha təxirə salınacaqdır. Avropa İttifaqı ölkələrinin əksəriyyəti “Brexit” in 2020-ci ilin iyun ayına kimi başa çatacağını ehtimal edir.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendum 2016-cı ildə keçirilib və əhalinin 51,9% tərəfindən dəstəklənib. Ölkənin təşkilatdan hələ 2019-cu ilin mart ayında çıxacağı planlaşdırılmışdır.

 

Son xəbərlər
Digər xəbərlər