26 C
Baku
Sunday, April 28, 2024

Aİ-nin xarici işlər nazirləri ruslara qarşı viza məhdudiyyətlərini müzakirə edəcəklər

Aİ xarici işlər nazirliklərinin rəhbərləri avqustun 31-də Şengen viza məcəlləsinə spesifik kateqoriyalar istisna olmaqla, bütün rusiyalılara vizaların verilməsini məhdudlaşdıran dəyişiklikləri müzakirə etmək üçün görüşməyə razılaşıblar.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Bütün Aİ ölkələri tərəfindən Rusiya vətəndaşlarına verilən Şengen vizalarının sayının mütəşəkkil şəkildə birgə əhəmiyyətli dərəcədə azaldılmasının mümkünlüyü məsələsi bir sıra dövlətlər, o cümlədən Estoniya və Finlandiya tərəfindən qarşıdan gələn görüşdə müzakirə ediləcək”, – mesajda deyilir.

Bundan əlavə, müzakirələrdə Avropa İttifaqının öz milli səlahiyyətləri çərçivəsində razılaşdırılmış fəaliyyətləri məsələsi də müzakirə olunacaq. İlkin olaraq Rusiya sakinlərinə turist vizalarının verilməsini azaltmaq üçün nəzərdə tutulan könüllü sistemin yaradılması nəzərdən keçiriləcək.

Xatırladaq ki, bir gün bəzi əvvəl Estoniya hökuməti digər Aİ ölkələrində verilmiş Şengen vizası ilə rusların ölkəyə girişini məhdudlaşdırmaq planlarını açıqlamışdı. Xarici işlər naziri Urmas Reynsalu bu təklifin Avropa İttifaqının qanunlarına zidd olmadığını qeyd edib və misal olaraq bütün ölkələrin sərhədlərini digər Aİ dövlətlərinin vətəndaşları və bütün Şengen zonası üçün bağladığı koronavirus pandemiyasını göstərib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər