7 C
Baku
Thursday, December 12, 2024

Aİ ölkələri Belarusla bağlı məsələni müzakirə etmək üçün avqustun 19-u iclas keçirəcəklər

Avropa Şurasının növbəti iclası Belarusla əlaqəli məsələyə həsr olunacaq və avqustun 19-u keçiriləcək. Banker.az xəbər verir ki, bu barədə Şuranın sədri Şarl Mişel məlumat verib.

Onun sözlərinə görə, etirazçılara qarşı zorakılıq qəbuledilməzdir və Belarus xaqlı ölkənin başçısını sərbəst seçmək hüququna malikdir.
Sədrin sözçüsü Barend Leitz isə bildirib ki, Belarusda 2020-ci il avqustun 9-u keçirilmiş prezident seçkiləri beynəlxalq standartlara cavab vermir və bu səbəbdən ədalətli sayıla bilməz.

Qeyd edilir ki, Aİ ölkələrinin liderləri bu görüşdə Belarus xalqına “həmrəyliyin vacib siqnal” verəcəklər.

Xatırladaq ki, daha əvvəl Avropa Parlamentinin Belarusdakı seçkilərin nəticələrini tanımadığı məlum olmuşdur.

Son xəbərlər
Digər xəbərlər