10 C
Baku
Wednesday, December 11, 2024

Aİ ölkələri “Brexit”ə yeni möhlət verməyə razılaşıblar

Avropa İttifaqının 27 üzv öləsinin liderləri Brüsseldə keçirilən fövqəladə iclas zamanı Böyük Britaniyanın Aİ-dən çıxması üçün yeni möhlət verməyə razılaşıblar.

“TASS”a istinadən məlumata görə, bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk bildirib.

D.Tusk deyib: “27 Aİ ölkəsi 50-ci maddənin uzadılmasında razılığa gəliblər. İndi mən Böyük Britaniya tərəfinin razılığını almaq üçün baş nazir Tereza Mey ilə görüşəcəyəm”.

“TASS”ın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Aİ ölkələri “Brexit”in reallaşdırılması üçün 31 oktyabra qədər möhlət verilməsi barədə razılığa gəliblər.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər