12 C
Baku
Saturday, November 23, 2024

Aİ ölkələri Çin elektrik avtomobillərinə dair idxal rüsumlarının tətbiqini dəstəkləyə bilər

Avropa İttifaqı (Aİ) ölkələri noyabrda Çindən idxal edilən elektromobillərə rüsumların tətbiqini dəstəkləyə bilər.

Bu barədə “Financial Times” Aİ-nin ticarət komissarı Valdis Dombrovskisə istinadən yazıb.

“Aİ-yə üzv dövlətlər çox güman ki, noyabrda Çinin elektrik avtomobillərinə təklif olunan rüsumların tətbiqini dəstəkləyəcək”, – məlumatda bildirilib.

V.Dombrovskis vurğulayıb ki, Aİ ölkələri blokun avtomobil sənayesinin qorunmasının zəruriliyini dərk edir, çünki Çinin elektrik avtomobil bazarındakı payı çox sürətlə artır. Bu, həlli vacib olan problemdir.

O qeyd edib ki, Çin Xalq Respublikası Avropa İttifaqının ikinci ən böyük ticarət tərəfdaşıdır və blok onunla əməkdaşlıqda maraqlıdır, lakin ikitərəfli ticarət münasibətlərini “qeyri-balanslaşdırılmış” adlandırıb.

Daha əvvəl Avropa Komissiyasının (AK) rəsmisi Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirmişdi ki, AK Çindən idxal edilən elektrik avtomobillərinə rüsum tətbiq etmək niyyətində deyil, bu addım isə Çin hökumətinin subsidiyaları səbəbindən Çin və Avropada istehsalçılar arasında yaranmış ədalətsiz vəziyyətdə balansın yaradılmasına yönəlib.

Avropa Komissiyası bildirir ki, istehsalçıdan asılı olaraq rüsumlar 17,4 %-dən 37,6 %-ə qədər olacaq. Üç Çin istehsalçısına aşağıdakı rüsumlar tətbiq ediləcək: BYD – 17,4 %, Geely – 19,9 %, SAIC – 37,6 %. Bundan əlavə, Avropa Komissiyasının bildirdiyinə görə, “araşdırma zamanı əməkdaşlıq edən, lakin seçimə daxil edilməyən” digər elektromobil istehsalçılarına 20,8 %, araşdırma zamanı əməkdaşlıq etməyən şirkətlərə isə 37,6 % rüsum tətbiq olunacaq. Bir istehsalçı – ABŞ-ın “Tesla” şirkəti Avropa İttifaqından Çindən idxal etdiyi elektromobillər üçün fərdi idxal rüsumu dərəcəsinin hesablanmasını xahiş edib, bu dərəcə daha sonra hesablanacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər