Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin I rübündə Azərbaycandan 4 milyon 556.486 min ton neft idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6% azdır.
Avropa İttifaqının Statistika İdarəsindən (Avrostat) verilən məlumata görə, Aİ ölkələrinin yanvar-mart aylarında Azərbaycandan aldığı neftin dəyəri 2 milyard 842.017 milyon avro (azalma 8.8%) təşkil edir.
2023-cü ilin mart ayında Aİ ölkələri Azərbaycandan 845.609 milyon avro dəyərində (azalma 18.5%) 1 milyon 366.760 min ton neft (2022-ci ilin mart ayı ilə müqayisədə azalma 3.7%) idxal edib.
I rübdə Azərbaycandan neft idxal edən Aİ ölkələrinin TOP-5-nə İtaliya (1 milyard 364.626 milyon avro dəyərində (azalma 24.7%) 2 milyon 209,47 min ton (azalma 19.6%)), İspaniya (504.119 milyon avro dəyərində (artım 2.7 dəfə) 802.276 min ton (artım 2.7 dəfə)), Çexiya (329.298 milyon avro dəyərində (artım 1.7 dəfə) 523.727 min ton (artım 1.6 dəfə)), Almaniya (150.209 milyon avro dəyərində (azalma 1.8 dəfə) 243.194 min ton (azalma 1.7 dəfə)) və Portuqaliya (137.764 milyon avro dəyərində (azalma 2.8 dəfə) 218.992 min ton (azalma 2.6 dəfə)) daxil olub.
Mart ayında Azərbaycan neftinin ən iri idxalçılarının beşliyində İtaliya (420.213 milyon avro dəyərində (azalma 29.6%) 687,387 min ton (azalma 11.2%)), İspaniya (141.813 milyon avro dəyərində (bir il əvvəl idxal həyata keçirilməyib) 227.679 min ton), Çexiya (81.630 milyon avro dəyərində (artım 4.7 dəfə) 130.702 min ton (artım 4.8 dəfə)), Avstriya (65.503 milyon avro dəyərində (bir il əvvəl idxal həyata keçirilməyib) 110.249 min ton)) və Yunanıstan (53.120 milyon avro dəyərində (bir il əvvəl idxal həyata keçirilməyib) 87.278 min ton neft)) yer alıb.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 128.576 milyon avro dəyərində (artım 1.7 dəfə və ya 66.9%) 19 milyon 770.297 min ton neft (2021-ci illə müqayisədə azalma 1%) idxal edib.