25 C
Baku
Monday, April 29, 2024

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bildirilir ki, Rusiyanın sintetik kauçukunun idxalına qadağa qoyulması ətrafında mübahisələr yaranıb – İtaliya və Almaniya belə bir tədbirin əleyhinədir, Polşa isə tərəfdarıdır.

Fevralın 15-də “Bloomberg” yazıb ki, Aİ Ukraynada hərbi əməliyyatların başlanmasının ildönümünü gözləmədən onuncu sanksiyalar paketini gələn həftə qəbul etmək niyyətindədir.

Nəşrin məlumatına görə, yeni sanksiyalar bank sektoruna da təsir edəcək. Xüsusilə, “Alfa-Bank”, “Rosbank”, “Tinkoff Bank” və Milli Rifah Fondu “qara siyahı”ya düşə bilər. Bundan əlavə, Aİ Avropa banklarını Mərkəzi Bankın aktivləri haqqında hesabat verməyə məcbur etmək istəyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər